Mədəniyyət naziri Xızıda vətəndaşları qəbul edəcək

13:06 - 22 Yanvar 2019 - Xəbər

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Əbülfəs Qarayev tərəfindən 2019-cu ilin yanvar ayının 25-də Xızı şəhərində saat 11:00-da Heydər Əliyev Mərkəzində (Heydər Əliyev küçəsi, 37 ) Sumqayıt şəhərindən, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Xəbər xətti