"Barselona" məşhur futbolçunu transfer etdi

12:02 - 22 Yanvar 2019 - İDMAN

"Barselona” İtaliya "Sassuolo”sunun futbolçusu Kevin-Prins Boatenqi icarəyə götürüb.

Kataloniya təmsilçisi 32 yaşlı hücumçunu 2 milyon avro qarşılığında cari mövsümün sonuna qədər icarəyə götürməklə bağlı klubu ilə razılığa gəlib. Müqavilədə "Barselona”nın qanalı forvardı 8 milyon avroya birdəfəlik transfer etməyə imkan verən bənd də yer alacaq.

Qeyd edək ki, Kevin-Prins Boatenq karyerası ərzində İtaliyanın "Milan”, Almaniyanın "Herta”, "Ayntraxt”, "Borussiya” (Dortmund), İngiltərənin "Tottenhem” və İspaniyanın "Las Palmas” komandalarında çıxış edib. O, cari mövsümdə A Seriyasında 4 qol vurub və 1 məhsuldar ötürmə verib./publika.az

Xəbər xətti