Mərakeşdə qırıcı təyyarə qəzaya uğrayıb

00:34 - 22 Yanvar 2019 - DÜNYA

Mərakeşdə qırıcı təyyarə qəzaya uğrayıb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Hadisə ölkənin şimal bölgəsində təlim uçuşu zamanı qeydə alınıb.  Belə ki, “Mirage F1” tipli qırıcı təyyarə texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Hadisə zamanı zərərçəkən olmayıb, pilot da təyyarəni vaxtında tərk edə bilib.

Xəbər xətti