“WhatsApp Messenger” ismarıcların yönləndirilməsi funksiyasını məhdudlaşdırıb.
“Qafqazinfo” “Metro” portalına istinadən xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti Viktoriya Qrand bəyan edib: “Bu gündən bütün dünya istifadəçilərinə ismarıcların yönləndirilməsi ilə bağlı limit qoyacağıq. Bu isə dezinformasiyanın yayılması ilə mübarizəyə imkan yaradacaq”.
Əvvəlcə məhdudiyyət Hindistan istifadəçilərinə tətbiq edilib.
Qeyd edək ki, son iki ildə yalan ismarıcların yönləndirilməsi səbəbindən 40-dan çox insan öldürülüb. Əvvəllər ismarıcı 20 nəfərə yönləndirmək mümkün olurdu.