Kürdəmir rayonunda 3,3 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yeraltı təkanlar yerli vaxtla saat 17:31:23-də Kürdəmir stansiyasından 10 kilometr şimal-qərbdə qeydə alınıb.
Ocağı 48 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.