Şəkidə avtomobil maneəyə çırpılıb, sürücü ölüb

15:55 - 21 Yanvar 2019 - HADİSƏ

Şəkidə avtomobil qapıya çırpılıb, ölən və yaralanan var

 Şəki rayonunda yol qəzası baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki şəhər sakini, 25 yaşlı Tərlan Fərid oğlu İsgəndərov idarə etdiyi 55 BT 367 dövlət qeydiyyatı nişanlı "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi şəhərin giriş qapısına çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin - Şəki rayon sakini, 69 yaşlı Qərib Hacıyev qabırğaların çoxsaylı sınığı diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Qəzanın kəskin duman və yolun sürüşkən olması səbəbindən baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti