Azərbaycanda 4 gün TV və radio işləməyəcək

15:28 - 21 Yanvar 2019 - Xəbər

Azərbaycanda 2019-cu il üçün efir məkanında kompleks profilaktika işlərinin ilkin qrafiki hazırlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə teleradio yayımı bazarındakı mənbə məlumat verib. Məlumata əsasən, bu il 4 kompleks profilaktikanın keçirilməsi nəzərdə tutulur. Profilaktika işləri martın 4-ü, iyunun 10-u, sentyabrın 16-ı və dekabrın 9-u keçiriləcək.

Qeyd olunur ki, hazırda qrafik teleradio şirkətləri ilə razılaşdırılma mərhələsindədir:

"Qrafik teleradio şirkətləri ilə razılaşdırılıb və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edilib".

Xəbər xətti