“Apple” 3 yeni “iPhone” təqdim edəcək

18:30 - 21 Yanvar 2019 - Xəbər

“Apple” şirkəti 2019-cu ilin payızında 3 yeni “iPhone” təqdim edəcək.

Bu barədə “The Wall Street Journal” yazıb. Məlumatlara əsasən, yeni modellər üç arxa kameraya sahib olacaq. Digər iki model isə ənənəvi iki kameralı olacaq.

Bundan başqa, “Apple”ın LCD-ekran texnologiyasına sadiq qalacağı bildirilib.

Şirkət bu məlumatlar barədə şərh verməyib.

Xatırladaq ki, ötən ilin payızında da “Apple” 3 model - iPhone XS, iPhone XS Max и iPhone XR – modellərini, eləcə də Apple Watch 4 saatını təqdim etmişdi.trend

Xəbər xətti