Nazir Xaşmazda vətəndaşlarla görüşəcək

14:19 - 21 Yanvar 2019 - Xəbər

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov  25 yanvar 2019-cu il tarixdə, saat 11:00-da Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinləri ilə görüşəcək.  

Nazirlikdən Ucnoqta.az-a verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-524-84-15) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Xəbər xətti