Bakıda ev sahibini döyən kirayənişin saxlanılıb

12:31 - 21 Yanvar 2019 - HADİSƏ

Bakıda kirayənişin ev sahibini döyüb.

Ucnoqta.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ 6-cı PB və Salyan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də Bakı şəhər sakini Arif Məmmədova Biləcəri qəsəbəsindəki evində küt alətlə xəsarət yetirməkdə şübhəli bilinən, orada kirayənişin olan Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Yahyayev saxlanılıb.

Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan marixuana da aşkar edilərək götürülüb.

Xəbər xətti