Hindistanda “Canlı Qucarat 2019” Zirvə Görüşü keçirilir

09:51 - 21 Yanvar 2019 - İQTİSADİYYAT

 Yanvarın 18-20-də Hindistanın Qucarat ştatının Qandinaqar şəhərində “Canlı Qucarat 2019” Zirvə Görüşü keçirilir.

2003-cü ildən təşkil olunan və artıq 9-cu dəfədir ki, keçirilən tədbirin əsas məqsədi Hindistanın iqtisadi potensialının təbliği, investisiya qoyuluşu üzrə müzakirələrin aparılmasıdır. İqdisadiyyat Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, 3 gün davam edəcək Zirvə Görüşü çərçivəsində ticarət, maliyyə, enerji, nəqliyyat və İKT sahələrində seminarlar və dəyirmi masalar təşkil ediləcək.
Hindistanın Baş naziri Narendra Modinin, digər ölkələrdən yüksək səviyyəli rəsmilərin və iş adamlarının iştirakı ilə keçirilən tədbirdə ölkəmizi İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edib.

Tədbir çərçivəsində İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Qucarat ştatının Baş nazirinin müavini Nitin Patel ilə görüşüb. Sahib Məmmədov Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər və ardıcıl islahatlar, ölkəmizin əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Xəbər xətti