İlin ilk Ay tutulması başlayıb - VİDEO

09:46 - 21 Yanvar 2019 - Xəbər

Bu ilin ilk Ay tutulması başlayıb.

Tam tutulmanın başlaması Bakı vaxtı ilə saat 07:34-də təsadüf edib. Tam tutulma prosesi saat 08.41-də, maksimuma çatması saat 09.12-də, tutulmanın sonu isə saat 10.51-də qeydə alınacaq. Tam tutulma prosesi ümumilikdə 1 saat 2 dəqiqə çəkəcək.

Ay tam tutulsa da, Azərbaycan ərazisində prosesi müşahidə etmək mümkün olmayacaq. Təbiət hadisəsini Mərkəzi Sakit okean, Amerika, Afrika və Avropa ölkələrində izləmək olar.

Qeyd edək ki, növbəti və qismən Ay tutulması iyulun 17-də baş verəcək. Bu tutulma hadisəsi də Azərbaycanda müşahidə edilməyəcək. report

Xəbər xətti