İmişlidə "Qazel" "VAZ-2106"nın üstünə aşıb

15:22 - 20 Yanvar 2019 - HADİSƏ

İmişli rayonunda baş verən avtomobil qəzasında 1 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun girişində baş verib. "Qazel" markalı avtomobil yoldan çıxaraq, İmişli sakini, 1957-ci il təvəllüdlü Allahverdiyev Hidayət Şəkəralı oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobilin üzərinə aşıb. Nəticədə sürücü ölüb, avtomobildə olan sərnişinlər - İmişli sakinləri, 1962-ci il təvəllüdlü Əhmədov Ramiz Əhməd oğlu və 1967-ci il təvəllüdlü Məmmədova Kəmalə Qaraş qızı xəsarət alıblar. Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti