İranda yük qatarı relsdən çıxıb aşdı

13:00 - 20 Yanvar 2019 - DÜNYA

İranın Bafq-Bəndər və Abbas rayonlarının ərazisində yük qatarının 12 vaqonu resldən çıxıb.

Trend-in məlumatına görə, hadisə bu gün baş verib. Məlumata görə, İranın Yəzd vilayətinin Bafq rayonundan Hörmüzqan vilayətinin Bəndər Abbas rayonuna doğru hərəkət edən qatar Cənnətabad-Bəyaz stansiyaları arasında relsdən çıxıb. Ümumilikdə qatara 43 vaqon qoşulduğu bildirilir.

Hazırda bu istiqamətdə yol bağlı olduğundan qatarların hərəkəti dayandırılıb.

Qəzanın hansı şəraitdə və səbəbdən baş verməsi hələ məlum deyil.

Xəbər xətti