“Niva” “Galendevagen”lə toqquşdu - Xəsarət alan var

18:14 - 19 Yanvar 2019 - HADİSƏ

Mingəçevirdə iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Günorta saatlarında şəhərin Nəriman Nərimanov küçəsində Mingəçevir şəhər sakini Hamlet Yusifovun idarə etdiyi “Niva” markalı minik avtomobili Vusal Bağırovun idarə etdiyi “Mercedes Galendevagen”lə toqquşub. Nəticədə “Niva”da sərnişin qismində olan, hələlik adı bəlli olmayan bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.qafqazinfo

Xəbər xətti