Çempionlar Liqasının yeni topunu təqdim edilib

16:39 - 19 Yanvar 2019 - İDMAN

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarında istifadə ediləcək rəsmi topu təqdim edib.

“Report” qurumun “facebook” səhifəsinə istinadən xəbər verir ki, top “Adidas” şirkəti tərəfindən hazırlanıb. 1/8 finalda "Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə), "Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya), "Mançester Yunayted" (İngiltərə) - PSJ (Fransa), "Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya), "Lion" (Fransa) - "Barselona" (İspaniya), "Roma" (İtaliya) - "Portu" (Portuqaliya), "Ayaks" (Hollandiya) - "Real Madrid" (İspaniya) və "Liverpul" (İngiltərə) - "Bavariya" (Almaniya) duelləri olacaq.

Qeyd edək ki, ilk oyunlar 12-13, 19-20 fevralda adları birinci göstərilən komandaların meydanlarında, cavab görüşləri 5-6 və 12-13 martda təşkil olunacaq.

Xəbər xətti