Qazaxıstanda 20 yanvar şəhidlərinin xatirəsi anılıb

16:21 - 19 Yanvar 2019 - Xəbər

18 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu Aktau şəhərinin RENEISSANSE-Aktau otelində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirib.

Səfirlikdən Ucnoqta.az-a verilən məlumata görə, tədbirdə, Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri ilə yanaşı Aktau şəhərində fəaliyyət göstərən digər diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri, Qazaxıstan Xalqları Milli Assambleriyasının Manqistau vilayəti üzrə rəhbərliyi və digər xalqların diaspora diaspora təşkilatlarının üzvləri,  “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası”nın (ABİA) üzvlər, azərbaycanlı tələbələr iştirak ediblər.  
Tədbir keçirilən zalda 20 yanvar şəhidlərin xatirəsinə foto-kompozisiya yaradılmış, tədbir öncəsi 20 yanvar şəhidlərinə həsr olunmuş simfonik musiqi səsləndirilib.   
Tədbirin əvvəlində 20 yanvar və Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların ruhları bir dəqiqəlik sükutla yad edilmişdir. Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov tədbir açaraq, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 yanvar faciəsinin baş vermə səbəblərindən danışmış və Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda həlak olanların ruhunun anılmasının hər bir azərbaycanlının borcu olduğunu qeyd etmişdir. O, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından və bunun nəticəsində Azərbaycanda misli görünməmiş faciənin baş verdiyini bildirərək, Ümummilli lider Heydər Əliyev tərəfindən bu hadisəyə verilən qiymətdən danışıb.

Daha sonra Türkmənistanın Aktau şəhərindəki Baş konsulu Mühamednur Ovezov, Türkiyə Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun konsulu Evren Gursel, Manqistau vilayətindəki azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin sədri, Aktau şəhər Maslixatının deputatı Şəmsəddin Hüseynov, diasporanin ağsaqqallar şurasının sədri professor Yusif Quliyev 20 Yanvar faciəsinin müasir dövrdə Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şərəfli tarixi olduğunu qeyd ediblər. 
Aktauda şəhərində yaşayan şair, bir neçə kitabın müəllifi Rövşəh Həsənli 20 yanvar şəhidlərinə həsr etdiyi şeiri oxuyub.  

Çıxışlardan sonra 20 yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

 


Xəbər xətti