Prezident İlham Əliyev: "Ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək istəyirik"

14:51 - 19 Yanvar 2019 - Xəbər

Zimbabve Prezidentinin Azərbaycana səfəri tərəfdaşlığımızın gücləndirilməsi üçün imkanlar yaradacaq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizə işgüzar səfərə gələn Zimbabve Prezidenti Emmerson Mnanqaqva ilə görüşündə deyib. Dövlətimizin başçısı qeyd edib: “Xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Əminəm ki, səfəriniz çox məhsuldar keçəcək və tərəfdaşlığımızın gücləndirilməsi üçün imkanlar yaradacaq. Bu, Zimbabve Prezidentinin Azərbaycana ilk səfəridir, odur ki, bu, tarixi səfərdir. Əminəm ki, məhsuldar müzakirələr zamanı biz əməkdaşlığımızın çox mühüm sahələrini müəyyən edəcəyik. Biz ticarət münasibətlərimizin genişləndirilməsi üçün imkanları, həmçinin siyası sahədə qarşılıqlı fəaliyyətimizə aid məsələləri nəzərdən keçirəcəyik.

Bilirəm ki, gəlişiniz çərçivəsində Siz bir neçə ölkəyə səfər edirsiniz. Çox şadam ki, Azərbaycan da Sizin səfər etdiyiniz ölkələrdən biridir. Bu, Sizin ölkəmizə və münasibətlərimizə verdiyiniz önəmin göstəricisidir. Biz də öz növbəmizdə, ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək istəyirik. Əlbəttə ki, Sizin səfəriniz də bu münasibətlərin inkişafı üçün məsələlərin müzakirəsi baxımından çox əla imkandır. Bir daha Azərbaycana xoş gəlmisiniz”.trend

Xəbər xətti