Bakıda piyada keçidindən keçən qadını avtomobil vuraraq öldürüb

12:14 - 19 Yanvar 2019 - HADİSƏ

Səbail rayonunun Parlament prospektində “Mazda” markalı avtomobillə Cəbrayıl rayon sakini Lalə Sadayzadə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, yanvarın 18-də Səbail rayonunun Parlament prospektində Bakı şəhər sakini Sabir Talıblı idarə etdiyi “Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən Cəbrayıl rayon sakini Lalə Sadayzadəni vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti