Qubada axtarışda olan şəxs saxlanılıb

10:41 - 19 Yanvar 2019 - HADİSƏ

Oğurluğa görə axtarışda olan şəxs Qubada tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, əməliyyatı Quba Rayon Polis Şöbəsinin əməkdaşları keçiriblər.

Nəticədə rayonun Zərdabi qəsəbə sakini, Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq-təkrar törədildikdə), və 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə axtarışda olan Cavid Nəcəfov şəhər ərazisində saxlanılıb.

Xəbər xətti