Azərbaycan avtomobil idxalını artırıb

22:08 - 18 Yanvar 2019 - Xəbər

2018-ci ildə Azərbaycana xaricdən 28 876 ədəd avtomobil gətirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) "Ölkə.Az"a verilən məlumata görə, bu, 2017-ci illə müqayisədə 15 778 ədəd və yaxud 2,2 dəfə çoxdur. Ölkəyə gətirilən avtomobillərin 297 ədədi və yaxud 1%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 26 147 ədədi və yaxud 90,5%-i, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 2 300 ədədi və yaxud 8%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 132 ədədi və yaxud 0,5%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Ötən il ərzində 2017-ci ilin 12 ayına nisbətən sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 110 ədəd və yaxud 58,8%, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 14 537 ədəd və yaxud 2,25 dəfə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 1 073 ədəd və yaxud 87,45%, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 58 ədəd və yaxud 78,4% artıb.

Xəbər xətti