Keşlədə qadına zor tətbiq edən Şamaxı sakini saxlanıldı

17:13 - 18 Yanvar 2019 - HADİSƏ

Keşlədə quldurluq edən Şamaxı sakini saxlanılıb.

DİN-dən verilən məlumata görə, Nizami RPİ 23-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də Keşlə qəsəbəsi ərazisində bir qadına zor tətbiq edərək içərisində pul və maaş kartı olan çantasını almaqda şübhəli bilinən Şamaxı rayon sakini Tural İsrafilov saxlanılıb.

Xəbər xətti