Erməni zabitlər qəzaya düşdü - 1 ölü, 1 yaralı

17:39 - 18 Yanvar 2019 - Xəbər

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən düşmən ordusunun bölmələrində avtoqəzalar nəticəsində ölən və yaralananların sayı artmaqdadır.

Xezerxeber.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Madagiz yaşayış məntəqəsində yerləşdirilən artilleriya divizionunda xidmət edən iki zabitin olduğu avtomobil qəzaya uğrayıb. Hərbi polisin polkovnik Yengibaryana məruzəsində deyilir ki, zabit idarə etdiyi avtomobillər sürət həddini aşdığından idarəetməni itirib və yaşayış məntəqəsinin girəcəyində yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Hadisə nəticəsində hər iki zabit ağır bədən xəsarətləri alıb. Onlardan biri yolda ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb və hərbi polis tərəfindən araşdırma aparılır.

Xəbər xətti