Deputat: Bu gün Azərbaycanda istənilən şəxs stomatoloji kabinet açır

17:07 - 18 Yanvar 2019 - Xəbər

Ümumdünya Səhiyyə Təşkilatının bu yaxnlarda açıqladığı hesabata görə, İİV virusu və Hepatit C-nin yayılmasında stomatoloji xidmətlər birinci yerdə dayanır.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı komitənin bu gün keçirilən iclasında çıxş edərkən deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində stomatolji xidmət üzrə fəaliyyətə daha çox sərbəstlik verilib:
“Bu sərbəstlik olduğuna görə bu gün Azərbaycanda istənilən şəxs -həkim, yaxud həkim olmayıb bizneslə məşğul olsa belə, - stomatoloji kabinet açır və sonra da mütəxəssisləri cəlb edərək lisenziya alır. Beləliklə də, bir növ kommersiya fəaliyyəti ilə məşğul olur. Biz bunun monitorinqi etsək, özümümüz şahidi olarıq ki, stomatoloji xidmət bu gün tələb olunan beynəlxalq və Avropa standartlarına uyğun gəlmir. Ona görə də bu mövzuda MM-də dinləmələrin keçirilməsi yaxşı olardı”. trend

Xəbər xətti