Nazirlik "ifrat təhlükəli" ifadəsinə münasibət bildirib

14:54 - 18 Yanvar 2019 - Xəbər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi "ifrat təhlükəli" ifadəsinə münasibət bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib ki, təlimatlara uyğun olaraq, əgər küləyin maksimal sürəti saniyədə 40 metrə yaxınlaşırsa və dənizdə dalğanın hündürlüyü 6-8 metrə qədər inkişaf edirsə, bu, qəbul olunmuş meyarlara görə, "ifrat təhlükəli hidrometreoloji hadisə" kateqoriyasına aid olan proses hesab edilir: "Bizim vəzifə borcumuzdur ki, belə bir başlıqla məlumatı müvafiq təşkilatlara çatdıraq".
U.Tağıyeva qeyd edib ki, təhlükəli hidrometeoroloji hadisələr 2 kateqoriyaya bölünür:

"Təhlükəli və xüsusi təhlükəli hidrometeoroloji hadisə kateqoriyaları olur. Dünən ölkə ərazisində hökm sürən hava şəraiti xüsusi təhlükəli sayılır".

Xəbər xətti