Gürcüstanda qripdən ölənlərin sayı 18-ə çatıb

13:41 - 18 Yanvar 2019 - Xəbər

 Gürcüstanın Zuqdidi Şəhər Xəstəxanasında 41 yaşlı kişi qrip virusundan ölüb.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, kimliyi açıqlanmayan həmin şəxs xəstəxanaya yanvarın 10-da çatdırılıb. Pasiyentdə ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Xəstənin ölümünə “donuz qripi” adandırılan A (H1N1) virusunun səbəb olmasını ekspertiza müəyyən edəcək.

Hazırda Zuqdidi Şəhər Xəstəxanasında qrip virusuna yoluxan beşi uşaq olmaqla 27 pasiyent müalicə olunur. Onlardan biri süni tənəffüs aparatına qoşulub.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə A (H1N1) virusu 17 nəfərin ölümünə səbəb olub. 

Xəbər xətti