Gədəbəydə avtomobil hasara çırpılıb, bir nəfər ölüb

12:46 - 18 Yanvar 2019 - Xəbər

Gədəbəy rayonunda yol qəzası baş verib. 

 Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 17-də saat 16 radələrində Gədəbəy rayonunun Novo-İvanovka kəndi ərazisində rayon sakini Şahin Yusifov idarə etdiyi “Niva” markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə avtomobildəki sərnişin Əsginaz Əliyeva hadisə yerində ölüb.

Gədəbəy rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti