Bakıda şadlıq sarayında ofisiant müştərini bıçaqladı

11:58 - 18 Yanvar 2019 - HADİSƏ

Bakıda restoranda bıçaqlanma hadisəsi baş verib.

Hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 152 ünvanında yerləşən "Təbrik" şadlıq sarayında baş verib. Şadlıq sarayında ofisiant işləyən 1996-cı il təvəllüdlü Seyidzadə Elşən Coşqun oğlu 1981-ci il təvəllüdlü Muradov Rəcəb Baba oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində E.Seyidzadə R.Muradovu bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.trend

Xəbər xətti