Zamirə Hacıyevanın 22 milyon funt sterlinqlik əmlakı müsadirə edilə bilər

10:28 - 18 Yanvar 2019 - Xəbər

Britaniya məhkəməsi ABB-nin sabiq sədrinin həyat yoldaşından malikanəni və şəhər kənarında yerləşən qolf klubu müsadirə edə bilər

Böyük Britaniya hökuməti Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya var-dövlətin qeyri-məlum mənbəsi barədə iki order təqdim edib. Bu barədə "Report" Britaniya KİV-inə istinadən xəbər verir.

Lakin Z.Hacıyeva sərvətinin mənbəyini izah etməkdən yenə imtina edib.

Yerli KİV-in yazdığına görə, Z.Hacıyeva maliyyə vəsaitlərinin mənbəsini açıqlamaqdan imtina etməyə davam edərsə, məhkəmə onun əmlakının, o cümlədən Londonun qərbində, Naytsbricdəki dəyəri 11,5 milyon funt sterlinq olan malikanənin və Askotdakı dəyəri 10,5 milyon funt sterlinq olan şəhərkənarı qolf klubun müsadirə edilməsi barədə hökm çıxara bilər.

Xəbər xətti