Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərib

14:54 - 17 Yanvar 2019 - İDMAN

 "Qarabağ" klubunun futbolçusu Con Delarj ikinci komandaya göndərilib.

Ucnoqta.az klubun saytına istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun verdiyi qərara əsasən, konqolu yarımmüdafiəçi məşqlərini əvəzedici heyətdə davam etdirəcək.

Futbolçu bu gün Antalyada davam edən təlim-məşq toplanışından Bakıya yola salınıb.

Xəbər xətti