ABŞ-da qətlə yetirilən Elçin Xəlilovun cənazəsi Azərbaycana gətirilir

14:41 - 17 Yanvar 2019 - Xəbər

Bu il yanvarın 15-də ABŞ-ın Şimali Karolina ştatında yaşayan 29 yaşlı Elçin Xəlilov Şarlot şəhərində sahibi olduğu telefon mağazasında qətlə yetirildiyi barədə məlumat vermişdik. 

Diasporla İş üzrə Dövlət Komitəsindən Ucnoqta.az-a verilən məlumata görə, qısa müddət ərzində həmvətənlərimiz və digər icma nümayəndələri onun ailəsinə kömək məqsədi ilə pul vəsaiti toplayıb.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi hadisəni diqqət mərkəzində saxlayır və soydaşımızın cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı tədbirlər görür. Cənazənin Azərbaycana gətirilməsi xərclərini Azərbaycan Diasporuna Dəstək Fondu öz üzərinə götürüb.
 

Xəbər xətti