Əflatun Amaşov: Azərbaycana gətirilən çap məhsulları ƏDV-dən azad edilsin

12:52 - 17 Yanvar 2019 - Xəbər

Azərbaycana gətirilən çap məhsulları Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməlidir.

Bunu Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Əflatun Amaşov bu gün keçirilən iclasında səsləndirib. Onun sözlərinə görə, kitabların qiymətləri çox baha olduğu üçünxaricdən gətirilən çap məhsulları ƏDV-dən azad edilməlidir.

Komitənin sədri Rəfael Hüseynov isə bildirib ki, kitabların bahalaşmasının obyektiv səbəbləri var: "Kitabın maya dəyəri artıb. Bu, kitabın bahalaşmasının obyektiv səbəbidir. İfrat bahalaşmanın qarşısını almaq üçün müəyyən imtiyazlar olmalıdır. Xaricdən gətirilən nəşrlər – kitablar, xəritələr və s. üçün müəyyən güzəştlər olmalıdır ki, insanların onları almaq imkanları olsun, bu iş nizama salınmalıdır”.trend

Xəbər xətti