Bakıda sulu qar yağır, küləyin sürəti 28- 36 m/s təşkil edir

12:46 - 17 Yanvar 2019 - Xəbər

Xəzərdə Günəşli yatağında dalğanın hündürlüyü 5,3 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan qərargahın saat 12.00-a olan məlumatına görə, Xəzər dənizində Günəşli yatağında dalğanın hündürlüyü 5,3 metrə çatıb. ETSN-dən Ucnoqta.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir.

Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır.

Xəbər xətti