Bakıda külək dayanacağın damını uçurdu

11:08 - 17 Yanvar 2019 - Xəbər

Bakıda güclü külək avtobus dayanacaq məntəqələrindən birinə ziyan vurub.

Dayanacaq məntəqəsinin damı uçub. Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə bildirib ki, hadisə Əbdürrəhim bəy Haqverdiyev küçəsində qeydə alınıb.
"Artıq bununla bağlı BNA-nın əməkdaşları hadisə yerinə göndərilib. Yaranmış problem tez bir zamanda aradan qaldırılacaq".

Qeyd edək ki, Bakıda gecə saatlarından əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 4 ağac da aşıb.

Xəbər xətti