Güclü külək Bakıda Heydər Əliyev Beynəxalq Aeropotunun işinə təsir etməyib

10:53 - 17 Yanvar 2019 - Xəbər

Bakıda müşahidə olunan güclü külək Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir etməyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, hazırda təyyarələrin uçuşu qrafikə uyğun həyata keçirilir.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib. Bununla bağlı dövlət qurumları gücləndirilmiş iş rejimində çalışır.

Xəbər xətti