Müdafiə naziri hava şəraiti ilə bağlı hərbi hissələrə göstəriş verdi

17:22 - 16 Yanvar 2019 - Xəbər

Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlığa uyğun olaraq, Müdafiə nazirinin müvafiq göstərişi tabeçilikdə olan birlik və birləşmələrə çatdırılıb. Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, göstərişə əsasən, Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının, eləcə də döyüş texnikası və hərbi obyektlərin qorunması məqsədilə bütün hərbi hissələrdə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilib.

Xəbər xətti