Azercell-in yeni konseptli xidmət mərkəzi indi Bakı Beynəlxalq Avtovağzalında

16:13 - 16 Yanvar 2019 - Xəbər

Azərbaycanın mobil rabitə bazarının lideri “Azercell Telekom” MMC müştərilərin rahatlığını düşünərək, Bakı Beynəlxalq Avtovağzalında yeni konseptli xidmət mərkəzini istifadəyə təqdim edib. Yanvar ayının 15-dən etibarən abunəçilər burada bütün Azercell xidmətlərindən yararlana, nömrələr üzərində müvafiq əməliyyatlar apara, eləcə də şirkətin tarif və kampaniyaları haqqında ətraflı məlumat əldə edə biləcəklər. Həmçinin Azercell-in yeni xidmət mərkəzində yanvar ayının 15-dən etibarən 7 gün ərzində smartfon alan hər kəs 150 AZN dəyərində hədiyyə balansı əldə edəcək. 

Qeyd edək ki, Azercell ölkə üzrə abunəçilərə xidmət göstərən geniş şəbəkəyə malikdir. Hazırda ölkə üzrə 8 müştəri xidməti ofisi, 1 məkanda 3 növ xidmət göstərən 29 Azercell Ekspress ofisi, 4 yeni konseptli xidmət mərkəzi fəaliyyət göstərir. Bundan əlavə, Azercell-in 20 Eksklüziv mağazası, 3 Asan Mərkəzlərində xidmət göstərən məntəqəsi var. 2018-ci ildə Bakı və bölgələrdə ümumilikdə 16 yeni Eksklüziv mağaza istifadəyə verilib. Onu da bildirək ki, Azercell Müştəri Xidmətləri sahəsində yenilikçi ruhu ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Öz abunələrinə yalnız üz-üzə deyil, həm də onlayn şəkildə xidmət göstərən Azercell müştəri məmnuniyyəti sahəsində göstərdiyi uğurlu fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Xəbər xətti