Qubada güclü külək bir sıra fəsadlar törədib- Foto

16:07 - 16 Yanvar 2019 - ÖLKƏ İÇİ

Quba rayonunda güclü külək bir sıra fəsadlar törədib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, rayonun Aşağı Atuc kəndində Fəzail Əlipaşayevə məxsus evin və həmkəndlisi Daşdəmir Aslanovun həyətindəki tövlənin dam örtüyü uçub. Hadisə nəticəsində xəsarət alan olmasa da, ev sahibi F.Əlipaşayeva damın yararsız vəziyyətə düşməsi səbəbindən maddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti