Parisdə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb

14:50 - 16 Yanvar 2019 - SİYASƏT

Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş başlayıb.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində məlumat yayılıb. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya) Stefan Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edir.

Xəbər xətti