İranlı teleaparıcı ABŞ-da həbs olundu

10:13 - 16 Yanvar 2019 - DÜNYA

İranın ingilisdilli “Press” TV telekanalının müxbiri və aparıcısı ABŞ-da polis tərəfindən saxlanılıb.

“Press” TV-nin jurnalisti və xəbərlər verlişinin aparıcısı Mərziyyə Haşeminin Vaşinqtonda həbs olunaraq, polis nəzarətinə götürüldüyü barədə məlumat almışıq”, - deyə telekanalın rəsmi “Twitter” səhifəsində deyilir.

Oxu.Az xəbər verir ki, saxlanılmanın səbəbi aydın deyil. Telekanalın məlumatına əsasən, hələlik ona qarşı heç bir rəsmi ittiham irəli sürülməyib.

Xəbər xətti