Azərbaycanda fəlsəfə doktoru elmi dərəcəsi verən institutların sayı artırılıb

10:03 - 16 Yanvar 2019 - Xəbər

Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların siyahısında dəyişiklik edilib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərarla Kənd Təsərrüfatı Nazirliyi üzrə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə Azərbaycan İlahiyyat İnstitutunda fəlsəfə doktoru elmi dərəcəsi almaq mümkün olacaq.trend

Xəbər xətti