Prezident Arif Alışanovu işdən çıxardı

16:40 - 15 Yanvar 2019 - Xəbər

Azərbaycan Prezidenti İlham Əliyev Arif Alışanovu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edib.

Prezident İlham Əliyev Arif Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

QSC sədri vəzifəsinin icrası jurnalist Rövşən Məmmədliyə tapşırılıb. R.Məmmədli indiyə qədər AzTV-də “Günün nəbzi” verilişinin aparıcısı olub.

Xəbər xətti