Alimlərdən xəbərdarlıq: “Antarktidada aysberqlər sürətlə əriyir”

20:00 - 15 Yanvar 2019 - Xəbər

Cənub yarımkürəsindəki Antarktida qitəsində aysberqlərin əriməsi 16 il irəzində illik olaraq 280% artıb.

“Ölkə.Az” xəbər verir ki, bu barədə “Science Daily” məlumat yayıb. Məlumata əsasən, Kaliforniya və Utrext universitetləri ilə NASA-nın laboratoriyasının apardığı tədqiqat zamanı müəyyən rəqəmlər üzə çıxıb. Məlum olub ki, aysberqlər 2001-2017-ci illər arasında orta hesabla 280 faiz daha sürətlə əriməyə başlayıb.
Tədqiqata əsasən, 1979-2001-ci illər arasında il ərzində orta hesabla 48 milyard ton buz ərisə də, hazırda Antarktidada il ərzində 134 milyard ton buz əriyir. Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib. Alimlər Antarktidada 176 hövzəni və ətraf adalar da daxil olmaqla 18 regionu tədqiq ediblər. Alimlər Antarktidada buzların sürətlə əriməsinin 1979-2017-ci illər arasında dünya okeanında suyun səviyyəsinin 1.5 sm artırdığını qeyd ediblər.

Xəbər xətti