Məşhur futbolçu Türkiyə gözəli ilə nişanlandı - FOTO

10:35 - 15 Yanvar 2019 - Xəbər

İngiltərənin “Arsenal” komandasının futbolçusu Məsut Özil nişanlanıb.

Oxu.Az-ın “Sabah” qəzetinə istinadən xəbərinə görə, o, özünə ömür yoldaşı olaraq Türkiyə gözəli və aktrisa Əminə Gülşəyi seçib. Nişan ailə daxilində  keçirilib. Cütlük nişan mərasimindən fotonu sosial şəbəkədə paylaşıb.

Əminə fotoya “Sonsuzadək”, Məsut isə “Allahın izni ilə” sözlərini yazıb.


Xəbər xətti