Diqqət! Bu yolda hərəkət məhdudlaşdırılacaq

17:00 - 14 Yanvar 2019 - Xəbər

Sabah Sumqayıtdan Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gedən yol bağlanacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Ucnoqta.az-a verilən məlumata görə, Sumqayıt şəhərinin girəcəyindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gedən yolun üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri ilə bağlı sabah sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılacaq.

Sürücülər alternativ olaraq Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə edə bilərlər.

Xəbər xətti