İcra qanunvericiliyi qanunun aliliyinin təmin olunması əsaslanır

18:13 - 14 Yanvar 2019 - KİVDF

Məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir 

“İcra haqqında” qanun Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və iqtisadi mübahisələrə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariat orqanlarının icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. İcra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Onların səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Məhkəmə qərarı icraya yönləndirmək üçün qərarı çıxaran hakim icra sənədi hazırlayıb aidiyyatı üzrə icra məmuruna və ya icranı həyata keçirən digər orqana, təşkilata göndərir. “İsra haqqında” qanunun 8-ci maddəsinə görə, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Bu sənəd nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul edir və icraata başlayır. Qeyd edək ki, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 

 İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.  Əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər.

“İsra haqqında” qanunun 11-ci maddəainə görə, icra hərəkətləri saat 8-dən tez və saat 22-dən gec olmamaqla, iş günlərində həyata keçirilir. İcra hərəkətlərinin həyata keçirilməsinin dəqiq vaxtını icra məmuru müəyyən edir. İcraatda iştirak edən tərəflər icra hərəkətlərinin həyata keçirilməsi vaxtı ilə bağlı təklif verə bilərlər.

Qeyd edək ki,  Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qeyri-iş günlərində icra hərəkətlərinin həyata keçirilməsinə yalnız təxirəsalınmaz hallarda və ya borclunun təqsiri üzündən icra hərəkətlərinin həyata keçirilməsi iş günlərində mümkün olmadıqda yol verilir. Bundan başqa, saat 22-dən saat 8-dək icra hərəkətlərinin həyata keçirilməsinə yalnız fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə törədən hallarda yol verilir,  icra hərəkətləri yalnız icra qurumunun rəhbərinin yazılı icazəsi ilə həyata keçirilir.
İcra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər (maddə 12)

Müstəsna hallarda İcra sənədində göstərilən halların icra olunması üçün icra qurumun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri ( Baş İcra məmuru ) tərəfindən 1 ay müdətinədək uzadıla bilər. Məhkəmə qərarlarının icrası zamanı yaranan problemlərlə bağlı tərəflər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcraçılar baş idarəsinə, habelə icranı həyata keçirməli olan orqan və ya təşkilatın yuxarı qurumuna qətnamənin icrasının həyata keçirilməsi tələbi ilə bağlı şikayət ərizəsi ilə müraciət edə bilər. 
Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.  Bu maddəyə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Bu məcəllənin 234-cü maddəsilə qətnamənin icra edilməsi tənzimlənir və bildirilir ki, Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.Həmin maddədə qeyd olunur ki, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında;. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında;. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında qətnamələr dərhal icra olunur.

Azərbaycan Respublikasının adından çıxan qərarların icrası məcburidir və bu yalnız yuxarı məhkəmə orqanın həmin qərarı ləğv etməsi ilə dayandırıla bilər. “İcra haqqında” qanunun 17-ci maddəsi ilə  icratın dayuandırılmasının məcburiliyi tənzimlənir. Bu maddəyə görə, məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; borclu fəaliyyət qabiliyyətini itirdikdə; borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə;. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda, iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.

Qeyd etmək istəyirəm ki, məhkəmə qərarlarını icra etməməyə və məhməkə qərarlarının icrasına mane olmağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyət nəzərdə tutulub. Məhkəmə qərarlarının icrası zamanı tərəflərdən birinə maddi ziyan vurulması halı aşkar edilərsə o zaman həmin maddi ziyan vurulmuş tərəf məhkəmədə icranı həyata keçirən orqana qarşı maddi tələblə bağlı İddia qaldırmaq hüququna malikdir.

 

Xəbər xətti