İranda hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var - FOTO

10:16 - 14 Yanvar 2019 - DÜNYA

İranda “Boeing-707” hərbi yük təyyarəsi qəzaya uğrayıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, hadisə yanvarın 14-də ölkə paytaxtı Tehran yaxınlığında yerləşən Kərəc şəhərinin Zibadəşt rayonu ərazisində baş verib. İlkin məlumata görə, qəza nəticəsində 10 nəfərə yaxın şəxs ölüb.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır. 


Xəbər xətti