İsrail XİN-nin binasında qaz qumbarası partlayıb

23:39 - 13 Yanvar 2019 - DÜNYA

Qüdsdə İsrail Xarici İşlər Nazirliyinin binasında qaz qumbarası partlayıb.

Trend-in məlumatına görə, qaz qumbarasının partlaması nəticəsində gözyaşardıcı qazdan bir neçə mühafizəçi zərər çəkib

İlkin məlumata əsasən, insident qumbaraların saxlanıldığı binanın anbarında baş verib. Hadisə yerində polis əməkdaşları işləyir, hadisənin səbəbləri araşdırılır.

Gözyaşardıcı qazın binanın digər hissələrinə yayılmasının qarşısı almaq üçün kondisionerlərin söndürülməsi təlimatı verilib.

Xəbər xətti