Türkiyə HHQ İraqın şimalına hava zərbələri endirib

17:29 - 13 Yanvar 2019 - DÜNYA

3 PKK terrorçu məhv edilib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən Zap və Sinat-Haftanin regionlarında PKK terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, hava zərbələri nəticəsində 3 PKK terrorçusu məhv edilib.

Bundan əlavə, terrorçulara məxsus silah-sursat anbarları və sığınacaqlar məhv edilib.

Bildirilir ki, məhv edilən terrorçular Türkiyənin hərbi bazalarına hücumlar hazırlayırmışlar.

Xəbər xətti