Hacıqabulda “KamAZ” aşdı, yol bağlandı - Foto

11:49 - 13 Yanvar 2019 - HADİSƏ

Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində “KamAZ” markalı yük maşını qəzaya uğrayıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, daş daşıyan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə yük yola dağılıb və avtomobillərin hərəkəti dayanıb. Hazırda yolda tıxac müşahidə edilir. Yolun açılması üçün hadisə yerinə qaldırıcı kran və digər texniki vasitələr cəlb edilib.

Qeyd edək ki, məlumatı təhsil eksperti Kamran Əsədov Feysbuk hesabında paylaşıb.


Xəbər xətti